Menyu

Türkiyə XİN İsrailin Suriyadakı hava bazasına endirdiyi zərbələri qınayıb

Operativ Media
Türkiyə XİN İsrailin Suriyadakı hava bazasına endirdiyi zərbələri qınayıb
1 dəq oxu

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyadakı Əbu Duhur aviabazasına endirdiyi zərbələri qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə reaksiya verməyə çağırıb.

Operativ Media xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:

“Bu səhər İsrailin Suriyanın İdlib kəndindəki Əbu Duhur hava bazasına endirdiyi hava hücumlarını şiddətlə qınayırıq. İsrail Suriyanın infrastrukturunu hədəf alaraq və ərazi bütövlüyünü və birliyini pozaraq ehtiyatsız hücumlarını davam etdirir".

Əlaqəli Xəbərlər