Menyu

"YouTube" videoların baxış sayının hesablanması qaydasını dəyişir

Operativ Media
"YouTube" videoların baxış sayının hesablanması qaydasını dəyişir

"YouTube" avqustun 24-dən etibarən videoların baxış sayını onlar işə düşən andan, elə ilk kadrdan hesablamağa başlayacaq. Yeni sistem bütün dünyada və bütün formatdakı videolar üçün keçərli olacaq. Bu barədə platformanın arayış bölməsində məlumat verilib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər platforma formata uyğun olaraq baxış sayını fərqli üsullarla hesablayırdı. İndi isə YouTube bu göstəricini vahid hala gətirməyə qərar verib. Şirkət bu dəyişikliyi göstəricini vahid standarta gətirmək və müəlliflərə "öz videolarının əhatə dairəsi haqqında daha dolğun təsəvvür vermək" istəyi ilə izah edib.

"Avqustun 24-dən etibarən "YouTube"da baxış sayı əks olunan hər yerdə yeni göstəricini görməyə başlayacaqsınız (bu isə gələcəkdə müəlliflərin ümumi baxış sayının, ehtimal ki, daha sürətlə artması deməkdir)", - deyə məlumatda bildirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər