Menyu

MegaSec-in direktoru Azərbaycanın Özbəkistandakı səfiri ilə görüşüb

Operativ Media
MegaSec-in direktoru Azərbaycanın Özbəkistandakı səfiri ilə görüşüb
1 dəq oxu

Azərbaycanın kibertəhlükəsizlik və süni intellekt sahəsində fəaliyyət göstərən “MegaSec” şirkətinin direktoru Qabil Qasımov Daşkəndə səfəri çərçivəsində Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Qabil Qasımov öz sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"Daşkənd səfərim çərçivəsində Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov ilə görüşməkdən məmnun oldum.

Rəşad müəllimi bu məsul və şərəfli vəzifəyə yeni təyin olunması münasibətilə təbrik edir, diplomatik fəaliyyətində uğurlar arzulayıram.

İki ölkə arasında olan dostluq və strateji tərəfdaşlıq əlaqələri, yeni biznes təşəbbüsləri və kibertəhlükəsizlik sahəsində olan Azərbaycan təcrübəsinin Özbəkistan İT ekosisteminə inteqrasiyası və bu sahədə olan yeniliklər barədə faydalı müzakirədən məmnun oldum", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər