Menyu

Kolumbiyada zəlzələdə ölənlərin sayı 312-yə çatıb

Nicat Hüseynli
Kolumbiyada zəlzələdə ölənlərin sayı 312-yə çatıb
1 dəq oxu

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 312-yə yüksəlib, 4 611 nəfər xəsarət alıb, 290 nəfər isə itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 277 bina uçub, 30 minə yaxın ev dağılıb, 134 mindən çox evə ziyan dəyib.

Milli və beynəlxalq axtarış-xilasetmə qrupları dağıntılar altında qalan və itkin düşən şəxslərin axtarışını davam etdirir. İndiyədək 358 nəfərin xilas edildiyi bildirilir.

Əlaqəli Xəbərlər