Menyu

Hindistanda hotel yanğınında 9 nəfər ölüb

Nicat Hüseynli
Hindistanda hotel yanğınında 9 nəfər ölüb
1 dəq oxu

Hindistanın Qərbi Benqaliya ştatının paytaxtı Kalkuttada hoteldə baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib, 6 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.

Yanğın Bakı vaxtı ilə saat 00:15 radələrində şəhərin mərkəzində, Qərbi Benqaliya Yanğından Mühafizə Xidmətinin qərargahı yaxınlığında yerləşən oteldə başlayıb.

Məlumata görə, hadisə yerinə beş yanğınsöndürmə maşını cəlb olunub. Polis və fəlakətlərin idarə olunması qrupları xilasetmə əməliyyatlarına qoşulub.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Yanğının səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər