Menyu

Mərkəzi Afrika Respublikasında mədən uçqununda 30 nəfər həyatını itirib

Nicat Hüseynli
Mərkəzi Afrika Respublikasında mədən uçqununda 30 nəfər həyatını itirib
1 dəq oxu

Mərkəzi Afrika Respublikasının qərbində yerləşən Nana-Mambere prefekturasında qızıl mədəninin uçması nəticəsində azı 30 nəfər həyatını itirib.

Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, xilasedicilər və yerli sakinlər bir neçə saat davam edən işlər nəticəsində dağıntılar altından 30 nəfərin cəsədini çıxarıblar.

Mədəndə uçqun zamanı neçə nəfərin olduğu dəqiq məlum deyil. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Əlaqəli Xəbərlər