Menyu

İndoneziyada zəlzələ 40 minə yaxın insanı evsiz qoyub

Nicat Hüseynli
İndoneziyada zəlzələ 40 minə yaxın insanı evsiz qoyub
1 dəq oxu

İndoneziyanın Şərqi Nusa Tenqara əyalətinin Flores adası sahillərində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində təxminən 40 min nəfər evsiz qalıb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 12 minə yaxın evə ziyan dəyib.

Təbii fəlakətin bölgədə geniş dağıntılara səbəb olduğu bildirilir.

Əlaqəli Xəbərlər