Menyu

Türkiyədə yük maşınından başlayan yanğın meşəlik əraziyə keçib

Nicat Hüseynli
Türkiyədə yük maşınından başlayan yanğın meşəlik əraziyə keçib
1 dəq oxu

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda yük maşınında başlayan yanğın meşəlik əraziyə keçib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Sındırgı-Simav avtomobil yolunun Düvertepe ərazisindən keçən hissəsində sürücüsü və dövlət qeydiyyat nişanı hələlik müəyyən edilməyən yük maşınında yanğın baş verib.

Alovun meşəlik əraziyə yayılmasından sonra bölgəyə Meşə Təsərrüfatı İdarəsinin briqadaları cəlb olunub.

Yanğının söndürülməsi üçün havadan 6 təyyarə və 6 helikopter, qurudan isə 45 yanğınsöndürmə maşını, ağır texnika və 269 nəfərlik şəxsi heyət əraziyə göndərilib.

Əlaqəli Xəbərlər