Ermənistanın yeni hökumət proqramında Rusiya ilə münasibətlərin dərinləşdirilməsi nəzərdə tutulub
Əsəd Abbaslı
Ermənistanın yeni hökumətinin proqram layihəsində Rusiya ilə münasibətlərin transformasiyası və dərinləşdirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Operativ Media xəbər verir ki, sənəd hökumətin rəsmi saytında yerləşdirilib və Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın günlərdə parlamentdə təqdim edəcəyi gözlənilir.
Proqramda Ermənistan hakimiyyətinin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş dialoqu davam etdirəcəyi bildirilib. Müxtəlif sahələri əhatə edən bu münasibətlərin “balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasət” çərçivəsində, eləcə də regionda sülhün bərqərar olması şəraitində inkişaf etdiriləcəyi qeyd olunub.
Sənəddə həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması nəzərdə tutulur.
Bildirilir ki, təşkilatın prinsiplərinin effektiv şəkildə tətbiqi onun gələcək inkişafında mühüm rol oynayır. Ermənistan malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən dörd əsas azadlığın fasiləsiz həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net