Menyu

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

Operativ Media
İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib
1 dəq oxu
İsveçrə hökuməti Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketində nəzərdə tutulan əlavə məhdudiyyətlərin bir hissəsini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.

Yeni məhdudiyyətlər avqustun 20-dən qüvvəyə minəcək.

Enerji sektorunda Rusiyada yerləşən mayeləşdirilmiş təbii qaz terminallarına, qazdaşıyan gəmilərə və buzqıranlara xidmət göstərilməsi, həmçinin tankerlərin Rusiyaya satışı qadağan ediləcək.

Üçüncü ölkələrə satılan tankerlərin müqavilələrində onların Rusiyaya yenidən satılmasını qadağan edən müddəanın olması da tələb ediləcək.

Əlaqəli Xəbərlər