Zelenski yeni müdafiə nazirinin qarşısında əsas vəzifələri açıqlayıb
Operativ Media
Ukrayna Prezidenti Volodimir Zelenski yeni müdafiə naziri Yevgeni Xmara qarşısında əsas vəzifənin ölkənin müdafiə sisteminin yenidən qurulması olduğunu bildirib.
Operativ Media xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb.
Onun sözlərinə görə, müdafiə sisteminin, silah istehsalı və satın alınması, eləcə də qoşunların təchizatı elə qurulmalıdır ki, Ukrayna Rusiya zərbələrinin qarşısını almaq, cəbhədə mövqelərini qorumaq və qarşı tərəfə ciddi zərbələr endirmək üçün bütün zəruri imkanlara malik olsun.
Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəni və zorakılığı ideologiyaya çevirməsinin qarşısını almaq lazımdır.
Ukrayna Prezidenti Yevgeni Xmaranın daha əvvəl “Alfa” xüsusi təyinatlı bölməsində xidmət etdiyini və verdiyi vədləri əməli fəaliyyətlə təsdiqlədiyini qeyd edib.
Zelenski müdafiə nazirliyinin Ukraynanın uzaqmənzilli zərbələrinin tətbiq imkanlarını genişləndirəcəyinə, ölkənin hava məkanının qorunması üçün daha çox imkan yaradacağına və tərəfdaşlarla birlikdə müdafiə və hücum əməliyyatlarının gücləndirilməsinə çalışacağına ümid etdiyini bildirib.
O, həmçinin Yevgeni Xmara ilə Mixail Drapatının artıq yaxşı əməkdaşlıq qurduğunu vurğulayıb.
Zelenski qarşıdan gələn qış dövrünə qədər Ukraynanın müdafiəsi və cəbhədəki mövqelərinin mümkün qədər gücləndiriləcəyini bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net