Menyu

İndoneziyada yenidən zəlzələ olub

Operativ Media
İndoneziyada yenidən zəlzələ olub
1 dəq oxu
İndoneziyanın Flores adası sahillərində 5,5 maqnitudada zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) açıqlamasında bildirilib.

Zəlzələ 34 mindən çox əhalisi olan Rutenq şəhərindən 65 kilometr şimalda qeydə alınıb.

Zəlzələ ocağı 160 kilometr dərinlikdə yerləşib. Xəsarət və ya dağıntı barədə məlumat verilmir.

Xatırladaq ki, 15 avqustda İndoneziyada 7,7 maqnitudada zəlzələ baş verib, nəticədə 71 nəfər ölüb.

Əlaqəli Xəbərlər