iPhone 18 Pro Max modelində eksklüziv kamera funksiyası ola bilər
Nicat Hüseynli
“iPhone 18 Pro Max” modelinin “iPhone 18 Pro”da olmayacaq eksklüziv kamera funksiyası ilə təchiz edilə biləcəyi iddia olunur.
Operativ Media xəbər verir ki, bu barədə “Ice Universe” məlumat yayıb.
Əvvəlcə bu texnologiyanın hər iki “iPhone 18 Pro” modelində istifadə ediləcəyi gözlənilirdi. Yeni məlumatlara əsasən isə funksiyanın yalnız “iPhone 18 Pro Max” versiyasında təqdim olunması mümkündür.
Bundan əvvəl “Apple”ın tərəfdaşı “Tata Electronics” şirkətinə aid olduğu bildirilən sızdırılmış daxili sənədlərdə “iPhone 18 Pro Max” modelinin dəyişən diafraqmanı dəstəkləyən “Sony IMX905” sensoru ilə təchiz ediləcəyi qeyd olunmuşdu.
Həmin sənədlərdə “iPhone 18 Pro” modeli ilə bağlı hər hansı məlumata yer verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net