Menyu

Tokayev Qazaxıstanın xarici siyasət konsepsiyasından Nazarbayevin adını çıxarıb

Nicat Hüseynli
Tokayev Qazaxıstanın xarici siyasət konsepsiyasından Nazarbayevin adını çıxarıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin 2020–2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasına dəyişikliklər edib. Dəyişikliklərlə sənəddən ölkənin ilk prezidenti Nursultan Nazarbayevin adı və onunla bağlı müddəalar çıxarılıb.

Operativ Media xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev fərman imzalayıb.

Konsepsiyanın əvvəlki redaksiyasında xarici siyasətin əsas prinsiplərindən biri “Birinci Prezident – Elbası N.Ə. Nazarbayevin xarici siyasət xəttinin ardıcıllığı” kimi müəyyən edilmişdi. Yeni redaksiyada bu müddəa “ölkənin inkişafının yeni mərhələsində xarici siyasət kursunun ardıcıllığı” ifadəsi ilə əvəzlənib.

Dəyişikliklər çərçivəsində Nazarbayevə xarici siyasətin mühüm məsələləri ilə bağlı Qazaxıstan xalqına, dövlət orqanlarına və vəzifəli şəxslərə müraciət etmək hüququ verən müddəa da sənəddən çıxarılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər