Menyu

Tramp: İrana dəstək göstərən istənilən ölkə ciddi iqtisadi zərbə ilə üzləşəcək

Nicat Hüseynli
Tramp: İrana dəstək göstərən istənilən ölkə ciddi iqtisadi zərbə ilə üzləşəcək
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp İrana hər hansı formada dəstək verən ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşəcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ lideri maliyyə institutları, müəssisələr, hava limanları və ya dövlət qurumları vasitəsilə İrana dəstək göstərilməsinə şərait yaradan istənilən ölkəyə qarşı “müəzzəm iqtisadi nəticələr” tətbiq ediləcəyini vurğulayıb.

Trampın açıqlaması ABŞ və İsrailin İranla müharibəni başa çatdırmaq səyləri fonunda səslənib. İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırmaq imkanını nümayiş etdirməsi Körfəz ölkələrini münaqişəyə cəlb edib və qlobal bazarlarda ciddi narahatlıq yaradıb.

Əlaqəli Xəbərlər