Menyu

Ermənistan hökumət binası yaxınlığında polis və etirazçılar arasında qarşıdurma olub

Nicat Hüseynli
Ermənistan hökumət binası yaxınlığında polis və etirazçılar arasında qarşıdurma olub

İrəvanda Vardashen məhəlləsində qəzalı binanın sakinlərinin keçirdiyi etiraz aksiyası zamanı hökumət binası yaxınlığında polis və nümayişçilər arasında qarşıdurma baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, polis etirazçıların yolu bağlamasına imkan verməyib. Bu zaman aksiya iştirakçılarından biri polis əməkdaşına zərbə vurub və saxlanılıb.

Digər nümayişçilər həmin şəxsin saxlanılmasına mane olmağa çalışıb. Bu isə hökumət binasının qarşısında vəziyyətin gərginləşməsinə səbəb olub.

Qəzalı binanın sakinləri saxlanılan şəxsin psixoloji problemlərinin olduğunu və aksiyaya anası ilə birlikdə gəldiyini bildiriblər. Onlar polis əməkdaşlarının həmin şəxsi təxribata çəkərək aqressiv davranışa sövq etdiyini iddia ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər