Menyu

Vyetnam bəzi cinayətlərə görə ölüm hökmünün ləğvini təklif edir

Operativ Media
Vyetnam bəzi cinayətlərə görə ölüm hökmünün ləğvini təklif edir

Vyetnam hökuməti ölüm cəzasının tətbiq sahəsini ciddi şəkildə məhdudlaşdıran yeni qanun layihəsini Milli Assambleyaya təqdim edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, İctimai Təhlükəsizlik Naziri Luonq Tam Kuanqın təşəbbüsü ilə hazırlanan sənəddə hazırda ölüm hökmü nəzərdə tutulan 10 cinayət növündən 6-sı üzrə bu cəzanın ləğvi təklif olunur.

Qanun layihəsinə əsasən, bundan sonra iğtişaşlar, 16 yaşına çatmayanlara təcavüz, qanunsuz narkotik ticarəti, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və ekstremist hərəkətlərə görə ölüm hökmü çıxarılmayacaq. Yeni redaksiyaya görə, ən ağır cəza tədbiri yalnız dörd cinayət əməli - dövlətə xəyanət, qətl, terrorizm və qanunsuz narkotik istehsalı üçün quvvədə qalacaq.

Dəyişikliklərin oktyabr ayında parlament tərəfindən təsdiqlənməsi və 2027-ci il martın 1-dən qüvvəyə minməsi gözlənilir.

Xatırladaq ki, Vyetnam parlamenti 2025-ci ilin may ayında da analoji addım ataraq casusluq, rüşvətxorluq, mənimsəmə və saxta dərman ticarəti daxil olmaqla 8 cinayət növü üzrə ölüm cəzasını ömürlük həbslə əvəzləmişdi. Vyetnam xəbər agentliyinin məlumatına görə, cəza siyasətindəki bu humanitar addımlar ölkə qanunvericiliyini beynəlxalq tendensiyalara uyğunlaşdırmaq və Vyetnamın qlobal hüquqi əməkdaşlıqdakı mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər