Menyu

Süni intellektdən istifadə şirkətlər üçün yeni daxili təhlükəsizlik riski yaradır

Nicat Hüseynli
Süni intellektdən istifadə şirkətlər üçün yeni daxili təhlükəsizlik riski yaradır

Şirkət əməkdaşlarının süni intellekt alətlərindən istifadə zamanı daxili və həssas məlumatları sistemlərə ötürməsi informasiya təhlükəsizliyi üçün yeni risklər yaradır.

Operativ Media xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov öz sosial media hesabında etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, əməkdaşların müqavilələri, proqram kodlarını, daxili yazışmaları, hesabatları, müştəri məlumatlarını və ekran görüntülərini süni intellekt sistemlərinə yükləməsi məlumatların təşkilatın nəzarət etdiyi informasiya mühitindən kənara çıxmasına səbəb ola bilər.

Qeyd olunub ki, əvvəllər “Insider Threat” anlayışı əsasən əməkdaşların məlumatları USB daşıyıcılarına köçürməsi və ya şəxsi elektron poçt vasitəsilə təşkilatdan çıxarması ilə əlaqələndirilirdisə, hazırda oxşar proseslər süni intellekt alətləri vasitəsilə də baş verə bilər.

Tural Məmmədov bu tendensiyanı “daxili təhdidlərin süni intellektlə maskalanması” kimi qiymətləndirib.

Bildirilib ki, təhlükəsizlik bazarında artıq AI Data Loss Prevention, Shadow AI Detection, Insider Risk və Secure AI Gateway kimi yeni həllər formalaşır. Bu texnologiyalar əməkdaşların hansı süni intellekt alətlərindən istifadə etdiyini, sistemlərə hansı məlumatları göndərdiyini müəyyənləşdirməyə və həssas məlumatların ötürülməsinin qarşısını almağa yönəlib.

Mətnə görə, Microsoft Purview kimi təhlükəsizlik həlləri də süni intellekt platformalarına göndərilən məlumatlarda həssas informasiyanın aşkarlanması və müəyyən hallarda bu məlumatların ötürülməsinin bloklanması imkanlarını təqdim edir.

Onun fikrincə, gələcəkdə müəssisələr üçün əsas məsələ yalnız süni intellekt sistemlərinin təhlükəsizliyini təmin etmək deyil, həm də əməkdaşların bu texnologiyalardan təhlükəsiz istifadəsini idarə etmək olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər