Menyu

Yaponiya Rusiyaya qarşı mümkün addımları nəzərdən keçirir

Operativ Media
Yaponiya Rusiyaya qarşı mümkün addımları nəzərdən keçirir
1 dəq oxu
Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin mübahisəli İturup adasına səfəri ilə bağlı Moskvaya qarşı hansı addımların atılacağını nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Minoru Kixara məlumat verib.

Onun sözlərinə görə, Tokionun bu məsələdə mövqeyi artıq Rusiya tərəfinə çatdırılıb.

Qeyd edək ki, Yaponiya daha əvvəl də Vladimir Putinin Kuril adalarına səfərinə etiraz edib.

Rusiya Xarici İşlər Nazirliyi isə Yaponiyanın Moskvadakı səfirinə etirazını bildirib. Nazirlik Rusiyanın Kuril adaları üzərində suverenliyinin və yurisdiksiyasının dəyişməz olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər