Menyu

Rusiya Kiyev vilayətindəki neft bazasına hücum edib

Operativ Media
Rusiya Kiyev vilayətindəki neft bazasına hücum edib
1 dəq oxu
Rusiya qoşunları avqustun 20-nə keçən gecə Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda KLO şəbəkəsinə məxsus neft bazasına hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” KLO şirkətinin paylaşımına istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində obyektə ziyan dəyib. Şirkətin əməkdaşları arasında xəsarət alan olmayıb.

KLO-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən şirkət artıq bir neçə yanacaqdoldurma kompleksini itirib.

Hazırda KLO əməkdaşları hücumun nəticələrinin aradan qaldırılması və zədələnmiş obyektlərin bərpası istiqamətində iş aparırlar.

Əlaqəli Xəbərlər