Menyu

“Hizbullah”ı maliyyələşdirən 10 şəxs ABŞ sanksiyalarına məruz qalıb

Operativ Media
“Hizbullah”ı maliyyələşdirən 10 şəxs ABŞ sanksiyalarına məruz qalıb
1 dəq oxu
ABŞ “Hizbullah”ın maliyyələşdirilməsi ilə əlaqəli 10 şəxsi sanksiya siyahısına daxil edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiyaya məruz qalan şəxslər “Hizbullah”a vəsaitlərin köçürülməsinə cavabdeh olan şəbəkənin bir hissəsidir.

Məlumata görə, sözügedən şəbəkə Livan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran arasında kommersiya uçuşları həyata keçirən kuryerlərdən istifadə etməklə yüz milyonlarla dollar məbləğində vəsait köçürüb.

Qeyd olunub ki, bu fəaliyyət “Hizbullah”a xarici valyuta əldə etməyə və tətbiq edilən sanksiyalardan yayınmağa imkan verib.

Əlaqəli Xəbərlər