Menyu

Peruda güclü zəlzələ olub

Operativ Media
Peruda güclü zəlzələ olub
1 dəq oxu

Peruda 7 bal gücündə zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların episentri Tambo şəhərindən 40 kilometr şimal-şərqdə, Ayakuço şəhərindən isə 175 kilometr cənub-cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 70 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.

Əlaqəli Xəbərlər