Menyu

Alyaskada təyyarə qəzasında 8 nəfər həlak olub

Nicat Hüseynli
Alyaskada təyyarə qəzasında 8 nəfər həlak olub
1 dəq oxu

ABŞ-nin Alyaska ştatında çarter təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 8 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.

Məlumata görə, təyyarə Alyaskanın Ankoric şəhərindən 725 kilometr qərbdə yerləşən Keyp-Nyuenhem Uzaq Mənzilli Radar Bazasında çarter reysi həyata keçirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində təyyarədə olan 2 pilot və 6 sərnişin həyatını itirib.

Əlaqəli Xəbərlər