Menyu

İstanbulda sahildə PUA aşkarlanıb

Nicat Hüseynli
İstanbulda sahildə PUA aşkarlanıb
1 dəq oxu

İstanbulun Arnavutköy rayonunda Qara dəniz sahilində pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə İHA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, əraziyə Sahil Mühafizə və Hərbi Dəniz Qüvvələrinin minatəmizləmə mütəxəssisləri cəlb olunub. 

İlkin qiymətləndirməyə görə, PUA-nın partlayıcı maddə daşıya biləcəyi ehtimal olunur. Hərbçilər aparata baxış keçirib və təhlükəsizlik tədbirləri çərçivəsində onun aşkarlandığı ərazidə zərərsizləşdiriləcəyini bildiriblər.

Əlaqəli Xəbərlər