Menyu

Tesla Çində 3 milyon elektrik avtomobilini geri çağırır

Nicat Hüseynli
Tesla Çində 3 milyon elektrik avtomobilini geri çağırır

Tesla qapı dəstəklərinin rənginin təhlükəsizlik problemi yarada biləcəyi səbəbindən Çində təxminən 3 milyon elektrik avtomobilini geri çağırır.

Operativ Media xəbər verir ki, bu barədə Çinin Bazara Nəzarət üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Söhbət yerli istehsal olan “Model 3”, eləcə də Çinə idxal edilən “Model X” və “Model S” modellərindən gedir.

Məlumata görə, mexaniki qapı dəstəklərinin rəngi salonun rənginə bənzədiyi üçün onların seçilməsi və istifadəsi çətinləşə bilər. Bu vəziyyət fövqəladə hal zamanı qapıların tez açılmasına mane ola bilər.

Şirkət problemi aradan qaldırmaq üçün qapı dəstəklərini rəngli stikerlərlə işarələməyi və fövqəladə hal şüşəqaldıran sistemi üzrə proqram təminatını yeniləməyi planlaşdırır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər