Menyu

Azərbaycan və Türkmənistan arasında müdafiə sahəsində memorandum təsdiqlənib

Operativ Media
Azərbaycan və Türkmənistan arasında müdafiə sahəsində memorandum təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiqləyib.

Operativ Media xəbər verir ki, bununla bağlı dövlət başçısı Fərman imzalayıb.

"2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin", - Fərmanda deyilir.

Qeyd edək ki, memorandum Bakıda 2026-cı il iyulun 22-də imzalanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər