Menyu

Slovakiyada güclü külək 8 600-ə yaxın ev təsərrüfatını işıqsız qoyub

Operativ Media
Slovakiyada güclü külək 8 600-ə yaxın ev təsərrüfatını işıqsız qoyub
1 dəq oxu

Slovakiyanın qərbində şiddətli külək nəticəsində 8 600-ə yaxın ev təsərrüfatı elektrik enerjisindən məhrum olub.

Operativ Media xəbər verir ki, bu barədə “Dennik N” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, elektrik şəbəkəsi operatorları gecə ərzində regionda 400 elektrik kəsintisi qeydə alıblar.

Güclü külək elektrik xətlərinin qırılmasına səbəb olub. Aşan ağaclar isə bəzi transformator məntəqələrini sıradan çıxarıb və küçələrdə saxlanılan bir neçə avtomobilə ziyan vurub.

Əlaqəli Xəbərlər