Menyu

Azərbaycan və Kosta Rika parlamentləri arasında əlaqələrin gücləndirilməsi müzakirə olunub

Operativ Media
Azərbaycan və Kosta Rika parlamentləri arasında əlaqələrin gücləndirilməsi müzakirə olunub

Azərbaycanla Kosta Rika parlamentləri arasında əlaqələr müzakirə olunub.

Operativ Media xəbər verir ki, müzakirə Azərbaycanın Kosta Rikadakı səfiri Seymur Fətəliyevin bu ölkənin Qanunvericilik Assambleyasının Beynəlxalq əlaqələr və xarici ticarət komissiyasının sədri Xose Miqel Viyalobos ilə görüşdə aparılıb.

"Kosta Rika Qanunvericilik Assambleyasının deputatı və Beynəlxalq əlaqələr və xarici ticarət komissiyasının sədri Xose Miqel Viyalobos ilə görüşdə iki dost ölkənin parlamentləri arasında əlaqələrin gücləndirilməsinin, o cümlədən parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb", - səfirliyin "X" sosial media hesabında edilən paylaşımda bildirilib.

S. Fətəliyev həmçinin Kosta Rikanın xarici işlər nazirinin müavini Aleksandr Penyaranda ilə də görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər