Politico: Fransa prezident seçkiləri NATO daxilində fikir ayrılığına səbəb ola bilər
“Fransada keçiriləcək prezident seçkiləri ölkənin alyansdan çıxma riski səbəbindən NATO daxilində fikir ayrılığına səbəb ola bilər”.
Operativ Media xəbər verir ki, bu barədə “Politico"nun məlumat yayıb.
Məlumata görə, ittifaq daxilindəki qarışıqlığın əsas səbəbi Aİ-nin yeganə nüvə gücü olan Fransanın NATO-dan çıxması təklifi ola bilər.
Milli Yürüş parlament qrupunun lideri və Fransa prezidentliyinə namizəd Marin Le Pen may ayının sonlarında ölkənin "NATO-nun vahid komandanlığından çıxmalı olduğunu" bildirmişdi.
NATO-nun keçmiş sözçüsü Ceymi Şi nəşrə bildirib ki, "ABŞ-ın daha kiçik bir iştirakı ilə böyük bir Avropa ölkəsinin özünü ittifaqdan uzaqlaşdırması çox arzuolunmazdır".
“Politico” jurnalı vurğulayır ki, NATO-nun vahid komandanlığından çıxmaq həm Paris, həm də bütün ittifaq üçün problem yarada bilər. “Politico” yazır ki, Fransanın geri çəkilməsi halında ən böyük narahatlıqlar Rumıniyadakı Fransa komandanlığı altında 1200 nəfərlik döyüş qrupunun gələcəyi və NATO ilə nüvə silahları üzrə qeyri-rəsmi əməkdaşlıqdır.
Bu yaz alyans daxilində keçirilən və Politico tərəfindən əldə edilən sorğulara görə, fransız seçicilərinin təxminən 54%-i NATO-da qalmağa səs verəcəklərini bildirib ki, bu da NATO-nun 32 üzvü arasında Monteneqrodan sonra ikinci ən aşağı faizdir.
dəqiqələr içində saytın olsun.