Menyu

Antarktida yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib

Nicat Hüseynli
Antarktida yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib
1 dəq oxu

Antarktida yaxınlığında yerləşən Skotia dənizində 6,2 bal gücündə zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 12:22-də baş verib.

Məlumata görə, zəlzələnin episentri 60,379° cənub enliyi və 47,605° qərb uzunluğunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Əlaqəli Xəbərlər