Menyu

Kolumbiyadakı zəlzələdə ölənlərin sayı 321-ə çatıb

Nicat Hüseynli
Kolumbiyadakı zəlzələdə ölənlərin sayı 321-ə çatıb
1 dəq oxu

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 321-ə yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə Kolumbiya Milli Fəlakət Riskini İdarəetmə İdarəsi (UNGRD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 4 595 nəfər yaralanıb, 257 nəfər isə itkin düşüb.

Axtarış-xilasetmə tədbirləri zamanı 364 nəfərin dağıntılar altından sağ çıxarıldığı qeyd olunub.

Əlaqəli Xəbərlər