Menyu

Putin: Rəqiblər çoxdan Rusiyanı parçalanma həddinə çatdırmaq arzusundadır

Operativ Media
Putin: Rəqiblər çoxdan Rusiyanı parçalanma həddinə çatdırmaq arzusundadır

"Rusiyanın Ukraynadakı obyektlərə endirdiyi zərbələr ölkədəki hərbi-sənaye müəssisələrinin silahları təkmilləşdirmək imkanlarını məhdudlaşdırır. Bu zərbələr döyüş əməliyyatlarının gedişinə birbaşa və müsbət təsir göstərir".

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” informasiya xidmətinin müxbiri Pavel Zarubinə müsahibəsi zamanı bildirib.

Putin qeyd edib ki, Kiyev rejimi və onun himayədarları Rusiya üzərində heç bir üstünlük əldə etməyib və heç vaxt əldə etməyəcək.

Rusiya lideri Kiyevin və Qərbin kuratorlarının 40 gün ərzində Rusiyaya məğlubiyyət yaşatmaq cəhdini növbəti avantüra adlandırıb: "Rəqiblər çoxdan Rusiyanı parçalanma həddinə çatdırmaq arzusundadır və bu məqsəddən daim danışırlar. Ukrayna iqtisadiyyatı, o cümlədən ölkənin kənd təsərrüfatı son dərəcə ağır vəziyyətdədir. Ukrayna rusiyalıları qorxutmağa və seçkiləri pozmağa çalışır, Rusiya buna imkan verməyəcək".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər