Menyu

Yaponiyanın mərkəzində 5,9 maqnitudada zəlzələ baş verib - YENİLƏNİB

Operativ Media
Yaponiyanın mərkəzində 5,9 maqnitudada zəlzələ baş verib - YENİLƏNİB
1 dəq oxu

Böyük Tokio ərazisində baş verən 5,9 maqnitudada zəlzələ nəticəsində xəsarət alanların sayı təxminən 40 nəfərə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Operativ Media-nın xəbərinə görə, zəlzələ avqustun 23-ü gecə baş verib.

Güclü yeraltı təkanlar təxminən 20 saniyə davam edib. 

22 avqust, 22:30

Yaponiyanın mərkəzində 5,9 maqnitudada zəlzələ baş verib.

Operativ Media-nın xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında bildirilir.

Zəlzələnin episentrinin Honsü adasının İbaraki prefekturasında, ocağının 70 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Yerli medianın məlumatına görə, qısamüddətli təkanlar Tokioda hiss olunub. Sunami xəbərdarlığı verilib, lakin tezliklə ləğv edilib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Əlaqəli Xəbərlər