Menyu

Yaponiyanın Ukraynaya silah göndərmək planı yoxdur

Operativ Media
Yaponiyanın Ukraynaya silah göndərmək planı yoxdur

Rəsmi Tokio hazırkı mərhələdə Ukraynaya hərbi təyinatlı vasitələrin və silahların göndərilməsi məsələsini nəzərdən keçirmir.

​Operativ Media xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi brifinqdə bildirib. O, Kiyevin hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla hərbi dəstək gözlədiyinə dair açıqlamalarına münasibət bildirərkən bu addımın hələlik planlaşdırılmadığını vurğulayıb.

​Bununla belə, hökumət rəsmisi Yaponiya Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələri tərəfindən Ukraynaya əvvəllər zirehli jiletlər, nəqliyyat vasitələri və digər zəruri ləvazimatların verildiyini xatırladıb. Kihara Tokionun beynəlxalq birliklə sıx koordinasiya çərçivəsində Ukraynanın sosial-iqtisadi dayanıqlığının möhkəmləndirilməsi məqsədilə bərpa işlərinə dövlət və özəl sektor xətti ilə dəstəyi davam etdirəcəyini bəyan edib.

​Qeyd edək ki, aprelin 21-də Yaponiyanın icraedici orqanı müdafiə məhsullarının ixracı ilə bağlı mövcud üç prinsipə yenidən baxılması barədə qərar qəbul edib. Bu dəyişikliklə ölümcül silahlar da daxil olmaqla hərbi texnikanın xaricə satışına qoyulan məhdudiyyətlər faktiki olaraq aradan qaldırılıb.

​Yeni qaydalara əsasən, bu cür təchizat yalnız hərbi texnologiyaların istifadəsi və məxfiliyin qorunması şərtlərini özündə əksərinə tərəfli saziş imzalayan dövlətlərə həyata keçirilə bilər. Hal-hazırda Yaponiyanın ABŞ, Böyük Britaniya, Avstraliya, Hindistan, Filippin, Fransa, Almaniya, Malayziya, İtaliya, İndoneziya, Vyetnam, Tailand, İsveç, Sinqapur, BƏƏ, Monqolustan və Banqladeş olmaqla 17 ölkə ilə bu cür hüquqi razılaşmaları mövcuddur. İxracla bağlı qərarlar Baş nazir və bir sıra nazirlərin daxil olduğu Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir və parlamentə məlumat verilir, lakin qanunverici orqanın bu sazişləri təsdiqləməsi tələb olunmur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər