Yeni Zelandiyada 16 yaşdan kiçiklər üçün sosial media qadağası təklif olunur
Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Kristofer Laksonun Yeni Zelandiya Baş Nazirliyinin rəsmi internet saytında dərc olunan bəyanatında bildirilib.
Məlumata görə, qanun layihəsi texnologiya şirkətləri üçün uşaqların onlayn təhlükəsizliyi ilə bağlı yeni hüquqi öhdəliklər də müəyyənləşdirəcək.
Bildirib ki, ölkədə 13-17 yaş aralığındakı hər üç uşaqdan biri gündə ən azı 5 saatını sosial mediada keçirir.
Baş nazir sosial medianın uşaqları zərərli məzmunlara, asılılıq yaradan texnologiyalara və onların hazır olmadığı təzyiqlərə məruz qoyduğunu deyib.
Onun sözlərinə görə, bu vəziyyət ailə münasibətlərinə, psixi sağlamlığa, yuxu rejiminə və təhsilə mənfi təsir göstərir.
dəqiqələr içində saytın olsun.