Menyu

Tokayev Qazaxıstanda parlament seçkilərini uğurlu və qüsursuz adlandırıb

Nicat Hüseynli
Tokayev Qazaxıstanda parlament seçkilərini uğurlu və qüsursuz adlandırıb
1 dəq oxu

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin yeni birpalatalı parlamentinə keçirilən seçkiləri uğurlu və qüsursuz təşkil olunmuş seçki kimi qiymətləndirib.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tokayev bildirib ki, tarixdə ilk dəfə olaraq yeni birpalatalı parlamentə – Qurultaya seçkilər keçirilib.

Qazaxıstan lideri vətəndaşlara seçkilərdə göstərdikləri fəallığa və ölkənin yenilənmə strategiyasına verdikləri dəstəyə görə təşəkkür edib.

O, həmçinin seçkiləri izləyən beynəlxalq müşahidəçilərə minnətdarlığını bildirib.

Əlaqəli Xəbərlər