Menyu

"Papa mojet" sosislərində salmonella aşkarlanıb

Operativ Media
"Papa mojet" sosislərində salmonella aşkarlanıb
1 dəq oxu

Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə tədarük edilən "Papa mojet" brendinə məxsus sosislərdə salmonella bakteriyası aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb.

Qeyd edək ki, "Papa mojet" ticarət markasının geniş məhsul çeşidi Azərbaycanın da pərakəndə satış şəbəkələrində aktiv şəkildə təklif olunur.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Operativ Media-ya bildirilib ki, fakt nəzarətə götürülüb. Azərbaycana gətirilən məhsullarla bağlı müvafiq araşdırmalar aparılır və nəticələr barədə əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər