Menyu

İndoneziyada zəlzələdə ölənlərin sayı 100-ə çatıb

Nicat Hüseynli
İndoneziyada zəlzələdə ölənlərin sayı 100-ə çatıb
1 dəq oxu

İndoneziyanın Flores bölgəsində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 1 603 nəfər xəsarət alıb, 180 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

BNPB rəhbəri qeyd edib ki, ölənlərin sayının artmasına əsasən zəlzələ zamanı ağır xəsarət alan və sonradan xəstəxanalarda həyatını itirən şəxslər səbəb olub.

Əlaqəli Xəbərlər