Menyu

İran və Pakistan regional gərginliyin həlli yollarını müzakirə edib

Operativ Media
İran və Pakistan regional gərginliyin həlli yollarını müzakirə edib

İran Prezidenti Məsud Pezeşkian Tehranda Pakistanın Quru Qoşunlarının komandanı Asim Munirlə görüşüb, Vaşinqtonla Tehran arasındakı gərginliyin diplomatik həlli müzakirə edilib.

Operativ Media IRIB-yə istinadən xəbər verir ki, M. Pezeşkian söhbət zamanı ABŞ-nin İrana münasibətdə mövcud yanaşmasını dəyişməli olduğunu qabardıb.

"Bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olması, İslam ölkələri ilə qarşılıqlı əlaqə əsas zərurətdir", - o bildirib və əlavə edib ki, İran İslam ölkələri və qonşuları ilə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində hər cür əməkdaşlığa hazırdır.

Onun fikrincə, İslam ölkələrinin həmrəyliyi İsrailə qarşı ən çəkindirici amildir: "Bu yaxınlaşma reallaşdığı təqdirdə, düşmənlər öz məqsədlərini irəli apara bilməyəcəklər. İslamabadın diplomatik səyləri ilə bölgə və İslam dünyası inkişaf edəcək".

A. Münir isə ortaq məqsədləri irəli aparmaq və hərtərəfli razılaşma əldə etmək üçün diplomatik proseslərin tam dəqiqlik və həssaslıqla müzakirə edilib araşdırılmasının zəruri olduğunu vurğulayıb: "Pakistan vasitəçi rolunu qətiyyətlə davam etdirəcək və inanır ki, bu böhranın sona çatması yenidənqurma, regional inkişaf və kollektiv təhlükəsizliyin təmin edilməsi istiqamətində hərtərəfli əməkdaşlığın yeni fəslinin başlanğıcı olacaq".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər