Avropada isti hava 35 mindən çox insanın ölümünə səbəb olub
Bu yay Avropada həddindən artıq isti hava şəraiti səbəbindən ən azı 35 min nəfər həyatını itirmiş ola bilər.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti region ölkələrinin müvafiq milli qurumlarının məlumatlarına istinadən xəbər verib.
Nəşrin vurğuladığı kimi, mövcud statistik məlumatlar Avropa ölkələrinin yalnız yarısını əhatə edir. Qəzetin rəyini öyrəndiyi ekspertlərin fikrincə, avqust ayı üzrə ölüm statistikası məlum olduqdan sonra istilər səbəbindən ölənlərin təxmin edilən sayı artacaq.
Ölüm hallarının üçdə ikisindən çoxu (25 min) yalnız üç ölkənin — Fransa, Almaniya və İspaniyanın payına düşüb.
Nəşr yazır ki, Almaniya hakimiyyəti yayda bir neçə isti hava dalğası nəticəsində ölənlərin sayını 14 min nəfər həcmində qiymətləndirir ki, bu da müvafiq statistikanın aparıldığı bütün dövr ərzində rekord göstəricidir. Bununla yanaşı, ölüm hallarının böyük hissəsi - 9,6 mini iyunun 22-dən 28-dək olan dövrə təsadüf edib.
İspaniyada yayan əvvəlindən bəri isti hava səbəbindən 5 minə yaxın insan həyatını itirmiş ola bilər ki, bu da sözügedən ölkə üçün rekord göstəricidir. Əvvəlki rekord göstərici 2022-ci ildə qeydə alınmışdı; həmin vaxt istilər səbəbindən 4,5 min İspaniya sakini vəfat etmişdi.
dəqiqələr içində saytın olsun.