Menyu

İnvestisiya, logistika və ticarət: Azərbaycan–Özbəkistan əməkdaşlığının yeni hədəfləri - RƏY

Ayşən Sadıxzadə
İnvestisiya, logistika və ticarət: Azərbaycan–Özbəkistan əməkdaşlığının yeni hədəfləri - RƏY

Özbəkistan Azərbaycanla əbədi dostluq və strateji tərəfdaşlıq münasibətlərini rəsmiləşdirən azsaylı dövlətlərdəndir. 

Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, bu, iki ölkə arasında münasibətlərin səmimiyyətə, qarşılıqlı etimada və möhkəm dostluğa əsaslandığını bir daha təsdiqləyir. Cənab Prezidentin Özbəkistana səfəri də Azərbaycan–Özbəkistan münasibətlərində yeni bir səhifə açacaq:

“Son illərdə Azərbaycan və Özbəkistan arasında strateji, siyasi və iqtisadi əlaqələrin, demək olar ki, bütün istiqamətlər üzrə sürətlə dərinləşdiyini müşahidə edirik. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artaraq 795 milyon dollara çatması da bunun bariz göstəricisidir. Qarşıya qoyulan əsas hədəflərdən biri isə yaxın perspektivdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır.

İnvestisiya sahəsində də mühüm addımlar atılır. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin nizamnamə kapitalı 500 milyon dollar təşkil edir. Şirkət tərəfindən 15 layihənin maliyyələşdirilməsi, qiymətləndirilməsi və təhlili həyata keçirilib. Hər bir layihə üzrə 25 milyon dollara yaxın investisiya ayrılmaları olub. Qarşılıqlı investisiya qoyuluşlarının bundan sonra da davam etdirilməsi gözlənilir.

Azərbaycanın Özbəkistanda, eləcə də Özbəkistanın Azərbaycanda həyata keçirdiyi investisiya layihələri iki ölkə arasında iqtisadi əməkdaşlığın qarşılıqlı xarakter daşıdığını göstərir. Özbəkistanın Azərbaycanda investisiya hesabına həyata keçirdiyi avtomobil sənayesi layihələri də bu əməkdaşlığın konkret nümunələrindəndir.

Bundan əlavə, ticarət və investisiya ilə yanaşı, logistika, nəqliyyat, elm, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Azərbaycanın Özbəkistanla Mərkəzi Asiya regionunda mühüm ticarət tərəfdaşlarından biri kimi əlaqələrinin inkişafı həm ikitərəfli münasibətlər, həm də regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan və Özbəkistanın iki qardaş türk dövləti kimi əbədi dostluq və müttəfiqlik münasibətlərini möhkəmləndirməsi yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, bütövlükdə Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına mühüm töhfə verir.

İnanıram ki, qarşıdakı dövrdə Azərbaycan–Özbəkistan münasibətləri ticarət, investisiya, logistika və iqtisadi əməkdaşlıqla yanaşı, digər strateji istiqamətlərdə də daha da dərinləşəcək. Bu əməkdaşlıq Türk dünyasının inteqrasiyasını sürətləndirəcək və regionun iqtisadi inkişafına mühüm töhfə verəcək”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər