Menyu

Qazaxıstanın iri neft emalı zavodlarından birində yanğın baş verib

Nicat Hüseynli
Qazaxıstanın iri neft emalı zavodlarından birində yanğın baş verib
1 dəq oxu

Qazaxıstanın ən böyük neft emalı müəssisələrindən biri olan Atırau Neft Emalı Zavodunda yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Atırau şəhərinin “Atyrauoil” portalının yaydığı məlumata görə, zavodun ərazisində açıq alov və qatı tüstü müşahidə olunub.

Şahidlərin çəkdiyi görüntülərdə yanğını söndürməyə çalışan yanğınsöndürənlər də əks olunub.

Hazırda yanğının səbəbi, əhatə etdiyi ərazi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Atırau Neft Emalı Zavodu Qazaxıstanın ən böyük neft emalı müəssisələrindən biridir və ölkənin Atırau vilayətində yerləşir.

Əlaqəli Xəbərlər