Menyu

Özbəkistan və Qırğızıstan məhkəmə sisteminin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir

Nicat Hüseynli
Özbəkistan və Qırğızıstan məhkəmə sisteminin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir

Özbəkistan və Qırğızıstan məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması və ədliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyəti genişləndirəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Uza" məlumat yayıb.

Özbəkistan Ali Məhkəməsinin sədri Robaxon Mahmudova Qırğızıstan Ali Məhkəməsinin sədr müavini Nurlan Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Özbəkistanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən islahatlar və onların ədliyyə sisteminə təsiri müzakirə edilib.

Tərəflər “Rəqəmsal Məhkəmə” konsepsiyası çərçivəsində məhkəmə işlərinin elektron şəkildə aparılması, süni intellekt texnologiyalarının məhkəmə sistemində tətbiqi və rəqəmsallaşdırma prosesinin sürətləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Görüş zamanı həmçinin məhkəmə sisteminin təkmilləşdirilməsi və iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın yeni mərhələyə çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər