Menyu

Rusiyanın qaz-kimya kompleksində yanğın baş verib

Nicat Hüseynli
Rusiyanın qaz-kimya kompleksində yanğın baş verib
1 dəq oxu

Rusiyanın Amur vilayətində tikilməkdə olan qaz-kimya kompleksində baş verən yanğın nəticəsində bir nəfər ölüb, 130-dan çox insan xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan 19 nəfər orta və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, yanğın piroliz qurğusunun köməkçi texnoloji bölməsində başlayıb. Yanğının artıq lokallaşdırıldığı bildirilir.

Əlaqəli Xəbərlər