Menyu

Ərdoğan: Türkiyə sülh və sabitlik yolunda irəliləməyə davam edəcək

Nicat Hüseynli
Ərdoğan: Türkiyə sülh və sabitlik yolunda irəliləməyə davam edəcək
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regional sülhü sarsıdan son hadisələrə baxmayaraq, birlik, sülh və sabitlik yolunda irəliləməyə davam edəcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Bitlis vilayətində çıxışı zamanı deyib.

O, heç bir cəhdin Türkiyəni öz yolundan döndərə və türk xalqının milli birliyinə mane ola bilməyəcəyini deyib.

Onun sözlərinə görə, nəticədə qalib gələnlər bəşəriyyət, qardaşlıq, sülh və sabitlik, eləcə də Türkiyə xalqı və ölkə vətəndaşları olacaq.

Əlaqəli Xəbərlər