Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
TƏBİB tabeli tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və növbələrin daha səmərəli idarə olunması məqsədilə onlayn növbə sisteminin tətbiqi mərhələli şəkildə davam etdirilir. Bu çərçivədə Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb.
Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür.
Vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir. Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.
Onlayn növbə sisteminin tətbiqi pasiyent axınının daha səmərəli idarə olunmasına, gözləmə müddətinin azaldılmasına, həkimlərin iş yükünün optimallaşdırılmasına və tibbi xidmətlərə müraciət prosesinin daha rahat təşkilinə yönəlir.
dəqiqələr içində saytın olsun.