Menyu

KİV: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Moskvaya səfər edib - YENİLƏNİB

Əsəd Abbaslı
KİV: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Moskvaya səfər edib - YENİLƏNİB
1 dəq oxu
ABŞ administrasiyasının Ukraynadan Moskvaya zərbə endirməməsini xahiş etdiyi bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə məlumat CIA direktoru Con Retkliffin Moskvaya səfəri ilə əlaqələndirilir.

Qeyd edək ki, Retkliff avqustun 25-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-17 Globemaster III” təyyarəsi ilə Moskvaya gəlib.

Onun səfərinin məqsədi açıqlanmayıb.

18:34

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə “CBS News”un müxbiri Cennifer Ceykobs anonim mənbələrə istinadən məlumat yayıb.

Onun Retkliffin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17” hərbi nəqliyyat təyyarəsi ilə Endryus hərbi bazasından Moskvaya gəldiyini bildirib.

Con Retkliffin Moskvada keçirəcəyi mümkün görüşlər və müzakirə olunacaq məsələlər barədə hələlik məlumat verilməyib.

Əlaqəli Xəbərlər