Tramp Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması barədə göstəriş verib
Operativ Media
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimlərdən narazılığını ifadə edib.
Operativ Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
O, bu təlimlərin həm böyük maliyyə xərcləri yaratdığını, həm də Şimali Koreyaya qarşı yersiz və düşmənçilik xarakterli siqnal verdiyini bildirib.
“Bu təlimlər təkcə yüksək xərc tələb etmir, bu xərclərin böyük hissəsini həmişəki kimi ABŞ ödəyir, həm də Donald Trampın prezidentliyi dövründə heç bir təhlükə yaratmayan və hörmətlə davranan bir ölkəyə qarşı tamamilə yersiz və düşmənçilik xarakterli bir siqnal ötürür”, - Tramp qeyd edib.
ABŞ Prezidenti təlimlərin ləğvi üçün artıq gec olduğunu bildirərək, hərbi katib Pit Heqsetə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verdiyini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net