Menyu

İran və Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradacaq

Əsəd Abbaslı
İran və Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradacaq
1 dəq oxu

İran və Oman Hörmüz boğazından gəmilərin keçidini təmin etmək üçün müvəqqəti dəniz dəhlizi yaratmaq barədə razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dəhliz birgə idarə olunacaq.

Tərəflər həmçinin gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə Hörmüz boğazının minalardan təmizlənməsi üzrə birgə layihəyə başlamağı planlaşdırırlar.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin su yolunu minalardan tamamilə təmizlədiyini açıqlamış və boğazı yenidən minalamağa cəhd edən İran gəmilərini məhv etməklə hədələmişdi.

Əlaqəli Xəbərlər