Menyu

Azərbaycan Mərkəzi Asiyanı Avropaya bağlayır - ŞƏRH

Ayşən Sadıxzadə
Azərbaycan Mərkəzi Asiyanı Avropaya bağlayır - ŞƏRH

Orta Dəhliz Azərbaycan və Özbəkistan üçün iqtisadi inkişaf, ticarət dövriyyəsinin artması, regional inteqrasiya və alternativ nəqliyyat-tranzit imkanlarının genişlənməsi baxımından müstəsna strateji əhəmiyyət daşıyır.

Bu sözləri Operativ Media-ya deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana baş tutan növbəti dövlət səfəri iki dost və qardaş dövlət arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Xalqlarımızı ortaq tarix, zəngin mənəvi-mədəni dəyərlər və etnik köklər birləşdirir:

“Müasir dövrdə isə bu tarixi və mənəvi bağlar fonunda hər iki dövlətin oxşar qlobal problemlərlə üz-üzə qalması və ortaq strateji hədəflərə malik olması ikitərəfli münasibətləri daha da zəruri edən mühüm faktor kimi çıxış edir. Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr geostrateji baxımdan böyük önəm daşıyan Şərq-Qərb ticarət dəhlizinin, xüsusilə Orta Dəhlizin inkişafında mühüm yer tutur. Enerji sahəsindəki əməkdaşlığın bünövrəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. 

Doğrudur, həmin dövrdə kənar amillər səbəbindən müəyyən maneələr yaransa da, Prezident İlham Əliyevin və Özbəkistanın yeni rəhbərliyinin siyasi iradəsi nəticəsində bu sahədə münasibətlər yenidən aktuallaşmış və daha da zənginləşib. Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Bu sahədəki əməkdaşlıqlarda iki ölkənin maraqları bir-birini tamamlayır. 

Özbəkistanın dənizə birbaşa çıxışının olmaması alternativ nəqliyyat marşrutlarının inkişafını onun üçün strateji məsələyə çevirir. Azərbaycan isə Xəzər dənizi üzərindən bağlantılar, müasir liman infrastrukturu və dəmir yolu şəbəkəsi vasitəsilə Mərkəzi Asiyanın Avropa və digər beynəlxalq bazarlarla əlaqələndirilməsində mühüm mövqeyə malikdir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Orta Dəhlizin inkişafı Azərbaycan–Özbəkistan tərəfdaşlığının ən perspektivli istiqamətlərindən biridir. Çin və Mərkəzi Asiya istiqamətindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən keçərək Avropa bazarlarına çatdırılması həm Özbəkistanın ixrac imkanlarını genişləndirir, həm də Azərbaycanın tranzit potensialını artırır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər